Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 5-də Yasamalda  Transformator Məntəqəsində (TM), Xəzər rayonunda isə 35/6 kV-luq 460 saylı yarımstansiyada təmir işləri aparılacaq.



Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələri, Yeni Yasamal-1 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.



Xəzər RETSİ-nə daxil olan Şüvəlan qəsəbəsi Mayak və “Şimal Dres” yaşayış massivi, Lev Starçuk və Mirzə Ələkbər Sabir küçələri, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsinin bəzi ərazilərində saat 13:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.



Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.