Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri və İnşaatçılar prospektinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Fətəli xan Xoyski, Faiq Yusifov, Əliyar Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin 6 kV-luq elektrik xətlərinin yenilənməsi ilə əlaqədar planlı fasilə saat 09:00-dan 15:00-dək Səbail rayonu Murtuza Muxtarov, Ömər Faiq Nemanzadə küçələri və Bibiheybət kəndinin bir hissəsini əhatə edəcək.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində aparılacaq təmir işləri zamanı saat 10:00-dan 12:00-dək Araz, Stroydetal küçələri, FAB boya istehsalat və satış müəssisəsinin aşağı hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Avqust 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026