Fevralın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 7 saylı hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin Lənkəran EŞ ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı şəhər xətti boyunca ağac budanması və təmir işləri aparılacaq. Buna görə də saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəmməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Lerik EŞ ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan “Hamarat” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsər, Hamarat, Rvarud, Siyov, Veri kənlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Bakı və Ağdaşın bu ərazilərində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranacaq 04 Avqust 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026