Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən mühüm prioritet hədəflərdən biri abonentlər tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsinin təmin edilməsidir. Bu baxımdan vaxtı ötmüş debitor borcların istehlakçılar tərəfindən ödənliməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Səhmdar Cəmiyyət tərəfindən enerji istehsalçılarından topdan alınmış elektrik enerjisinin dəyərinin öhdəlik tələbləri çərçivəsində ödənilməsində, paylayıcı qurğu və avadanlıqların iş rejimlərinin saxlanılmasında, onlara texniki xidmətin vaxtında göstərilməsində, həmçinin işçi personalın əmək haqlarının ödənişinin təmin edilməsində vacib əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, abonentlərin istehlak etdikləri elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi istiqamətində maarifləndirməsi məqsədilə, Səhmdar Cəmiyyətin struktur bölmələrinin əməkdaşları tərəfindən müntəzəm olaraq tədbirlər həyata keçirilir. Abonentlərə təqdim olunan bildirişlərdə, istehlak edilən elektrik enerjisinin dəyərinin vaxtında və tam ödənilməsi diqqətə çatdırılır və qanunla müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.
Maarifləndirmə işləri ilə yanaşı, həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən nəzərdə tutulmuş müddətdə elektrik enerjisinin dəyərinin tam ödənilmədiyi təqdirdə Səhmdar Cəmiyyətin müvafiq strukturları tərəfindən tədbirlər həyata keçirilir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026