Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq.
Biləcəri qəsəbəsində yeni xəttin çəkilməsi ilə əlaqədar saat 10:30-dan 12:30-dək Yeni yaşayış massivi, həmçinin Məmməd Səid Ordubadi və Bəyaz küçəsində enerji verilişi məhdudlaşdırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 19 Avqust 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026