Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən bir sıra qəsəbələrdə elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 7-11 aprel tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində, saat 10:00-dan saat 15:00-dək Şüvəlan qəsəbəsinin bir hissəsində, həmçinin Çöl Şüvəlan və Hacı Mövlan bağları adlanan ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı, Abşeron və Yardımlının bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 19 Oktyabr 2026
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq 16 May 2026