Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 09:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində və Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08 İyul 2026
- Yasamal, Nizami və Xəzər rayonlarının bu ərazilərində fasilə yaranacaq 09 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026