Oktyabrın 9-da Göyçay və Yevlax Elektrik Şəbəkələrində (EŞ) bir sıra 10 kV-luq hava xətlərində və güc mərkəzlərində təmir, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.


Göyçayda 10 kV-luq 2-ci şəhər hava xəttinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqəsində (KTM) görüləcək təmir işləri ilə əlaqədar şəhər ərazisində Heydər Əliyev prospekti, Atatürk, Hacı Zeynalabidin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Nizami, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrinin bir hissəsində saat 14:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Yevlaxın Dəlləklər, Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərinin bəzi ərazilərində 10 kV-luq "2 saylı Qaramanlı" hava xəttində həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.


Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.