Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 16-da bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.
Ağdaşda 35 kV-luq "Pirkəkə" hava xəttində görüləcək təmir işləri zamanı Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Qobuüstü, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bərdənin Bəcirəvan, Hacallı, Xanağalı, Xanərəb, Xəsili kəndlərinin bəzi ərazilərində 35/6 kV-luq "Bəcirəvan" yarımstansiyasında həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yevlaxda 10 kV-luq hava xəttində yerinə yetiriləcək təmir işləri zamanı saat 10:00-dan 15:00-dək Qoyunbinəsi kəndində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Yasamal və Xəzər rayonlarının bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 04 Oktyabr 2026
- İstehlak olunan elektrik enerjisi üzrə yaranmış debitor borcların ödənilməsi istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına müsbət təsir edir 07 Oktyabr 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026