Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı yeni yaşıllıqların salınmasına da xüsusi diqqət yetirib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - Eko-Park ərazisində keçirilib, 20 mindən artıq gül əkilib.



Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruru tədbirlər görülüb. “Azərişıq” ASC-nin əməkdaşları bu xeyirxah və nəcib tədbirlərdə hər zaman yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
Digər xəbərlər
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 05 May 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026