Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 2-də paytaxtın bir sıra rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif Heydərov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Həmçinin Abşeron RETSİ ərazisində 10/0.4 kV-luq KTM yenisi ilə əvəz olunacaq. Beləliklə, saat 13:00-dək 17:00-dək Heydər Əliyev prospekti və ətraf ərazilərində yerləşən bəzi yaşayış sahələrində enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Bakı, Salyan və Masallının bu ərazilərində fasilə yaranacaq 18 İyun 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 15 May 2026