Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 25-26 may tarixlərində Nizami və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində bir sıra yaşayış məntəqələrində elektrik enerjisi fasilələrlə veriləcək.
Nizami rayonunda Transformator Məntəqələrində (TM) aparılan təmir-təftiş işləri ilə əlaqədar mayın 25-də saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski, mayın 26-da saat 10:00-dan 14:00-dək Mehdi Abbasov küçəsi və Qara Qarayev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin mayın 26-da Nəsimi rayonunda 400 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq. Güc artımı işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Puşkin, Dilarə Əliyeva küçələrinin bir hissəsini də əhatə edəcək.
Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək. #Azərişıq
Digər xəbərlər
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 17 Sentyabr 2026
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026