Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 18-də bəzi rayonların elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.


Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək 10 kV-luq bəzi hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar şəhər ərazisində 20 Yanvar, Cəfər Cabbarlı, Əli Bayramov, İstiqlal, Molla Pənah Vaqif, Nizami Gəncəvi, Su-18 küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Bərdə EŞ-yə daxil olan 10 kV-luq 1 saylı kənd hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Bəcirəvan və Lənbəran kəndlərini əhatə edəcək.


Göyçay EŞ ərazisində 10 kV-luq 1 saylı kənd hava xəttində aparılacaq təmir işləri zamanı Alıkənd, Bığır, Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli və Yalman kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.


Mingəçevirdə 6 kV-luq hava xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Heydər Əliyev, Nəriman Nərimanov, Əliağa Vahid və Aydın Məmmədov küçələrinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.


Masallı EŞ-yə daxil olan 35 kV-luq "Əminli" hava xəttində icra olunacaq təmir işləri ilə əlaqədar saat 13:00-dan 16:00-dək Dəlləkli, Əminli, Hacıtəpə, Həsənli, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar və Təkdam kəndlərinin bəzi hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.


Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.