Enerji təchizatı müəssisəsi ilə istehlakçılar arasında qarşılıqlı münasibətlər Elektroenergetika haqqında qanun, “Elektrik enerjisindən İstifadə Qaydaları”nın müddəaları və digər qüvvədə olan müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. Elektrik enerjisi istehlakına dair hesablaşmalar tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında həyata keçirilir.
Normativ-hüquqi sənədlərin tələblərinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin yerinə yetirilməsinə, istehlak edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə cavabdehdir.
Enerjitəchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı qanunvericiliklə müəyyən olunmuş müddətdə tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər. Abonent istehlak etdiyi elektrik enerjisinin haqqının vaxtında və müəyyən edilmiş tarif qiymətinə uyğun olaraq ödənilməsini təmin etməlidir.
Qeyd edək ki, qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində istehlak olunmuş elektrik enerjisinin haqqının tam ödənilməməsi debitor borc kimi müəyyən olunur və bu hal şəbəkənin fəaliyyətinə mənfi təsir göstərir.
İstehlak olunan elektrik enerjisinin haqqının vaxtında ödənilməsi, təchizatçı şəbəkənin dayanıqlı, səmərəli fəaliyyətinə müsbət təsir edir.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşüb 01 May 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 27 İyul 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026