Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin dayanıqlılığının təmin edilməsi, bu sahədə infrastrukturun daha da yaxşılaşdırılması, istehlakçıların enerji təchizatının səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənəcək. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməli və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Digər xəbərlər
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul edib 20 İyul 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026
- “Azərişıq” ASC Ağdərənin elektrik təsərrüfatını yenidən qurur 25 Avqust 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026