Aprelin 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq. Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 10 Oktyabr 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026