Cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.
Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Bakının bəzi rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 27 Sentyabr 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Bakı və Goranboyda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyul 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul edib 20 İyul 2026