Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal, Nizami və Qaradağ rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami RETSİ-nə daxil olan Keşlə qəsəbəsi Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində saat 09:00-dan 13:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qaradağ rayonunda TM-də icra olunacaq təmir işləri ilə əlaqədar Lökbatan qəsəbəsi Cavanşir Qəhramanov, Nizami və Seymur Orucov küçələrində saat 10:00-dan 11:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib 09 Sentyabr 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 9-cu finalçısı müəyyənləşib 25 Sentyabr 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026