Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində 9 sentyabr tarixində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran, Tütəpeştə, saat 10:00-dan 15:00-dək Darquba, Kərgəlan, Şağlaküçə kəndləri, saat 14:00-dan 16:00-dək Aşağı Nüvədi, Gərmətük qəsəbələri və Viyən kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- "Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub 03 İyun 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026