Son onillikdə dünyanın qabaqcıl ölkələrinin enerji təsərrüfatında itkilərin azaldılması məqsədilə görülən tədbirər sırasında müasir texnologiyalar tətbiqi mühüm əhəmiyyət kəsb edir. Müasir texnologiyaların fəaliyyət prinsipini əhatə edən konsepsiyalar özündə monitorinqi, idarəetməni, rabitə və məlumatlandırma texnologiyalarından istifadə edilməsini etiva edir. Bu isə nəticədə elektrik enerjisi itkilərinin azaldılmasına, yüksək etibarlılıq, təhlükəsizlik və enerji səmərəliliyinin təmin edilməsinə şərait yaradır. Yeni innovasiyaların tətbiqi enerji istehsalçısından istehlakçıya elektrik enerjisinin çatdırılması üçün geniş texnoloji prosesləri, müasir informasiya və kommunikasiya texnologiyaları, innovativ avadanlıqları və tətbiqlər kompleksini əhatə edir. Bu elementlər bir-biri ilə qarşılıqlı əlaqə quraraq,vahid intellektual enerji təchizatı sistemini formalaşdırır. Elektrik şəbəkələrinin bütün idarəetmə sistemləri, məlumatların toplanması və dispetçer idarəetməsi üçün əsas platforma kimi SCADA sistemindən istifadə edilir. Bu sistemlərin funksionallığı əlavə komponentlər və tətbiqlərlə genişləndirilir. SCADA sisteminin tədbiqinin mühim tərəfi elektrik enerjisi itkilərinin azaldılmasına yönəldilmişdir.
SCADA sistemlərinin müxtəlif gərginlik səviyyələrində enerji təchizatının səmərəliliyinin artırılması, avtomatlaşdırma səviyyəsindən və enerji sisteminin spesifikasiyasından asılı olaraq dəyişə bilər.
Paylayıcı şəbəkələrdə SCADA-nın istifadəsi, qəzaların lokallaşdırılması və operativ aradan qaldırılmasını təmin edir. Diaqnostika və xidmət proseslərinin avtomatlaşdırılması əməliyyat xərclərini azaltmaqla bərabər, operativ idarəetmə və nəzarət sayəsində paylayıcı şəbəkələrdə elektrik enerjisi itkilərinın də azalmasına zəmin yaradır.
SCADA-nın tətbiqi paylayıcı şəbəkələrin monitorinqini və idarəolunmasını təmin edir ki, bu da yarana biləcək elektrik enerjisi fasilələrinin sayını azaldır, eləcə də transformatorlar və elektrik xətləri arasında yükün avtomatik yenidən paylanması (ötürmə və paylanmanın optimallaşdırılması) sayəsində şəbəkələrin ötürücülük qabiliyyətini artırır.
Digər xəbərlər
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2026-cı ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 10 Aprel 2026
- Paytaxtın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- Masallı, Ağdaş və Yevlax rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 01 Sentyabr 2026