Vətəndaşların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması “Azərişıq” ASC-nin fəaliyyətinin əsas hədəflərindəndir. Bu hədəfə nail olmaq məqsədilə Cəmiyyət tərəfindən ardıcıl, irimiqyaslı tədbirlər həyata keçirilir. Sovetlər dönəmindən qalmış fiziki baxımdan köhnə şəbəkələr – yeni, müasir tələblərə cavab verən şəbəkələrlə əvəz edilir, innovativ texnologiyalar – məsafədən idarə olunan rəqəmsal yarımstansiyalar, rəqəmsal mərkəzlər həyatımızın gündəlik göstəricilərinə çevrilir. Bütün bu irimiqyaslı tədbirlər, yeni məsrəflər, investisiyalar tələb edir. “Azərişıq” ASC tərəfindən həyata keçirilən bu tədbirlər Cəmiyyətin öz maliyyə vəsaitləri hesabına qarşılanır. Bu baxımdan abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam ödənilməsi, debitor borcların aradan qaldırılmasına şərait yaratmaqla yanaşı, Cəmiyyətin fəaliyyətinin sabit və səmərəli qurulmasına təkan verir. Enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması Səhmdar Cəmiyyətin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.
Digər baxımdan innovativ texnologiyaların paylayıcı şəbəkədə tətbiqi enerji səmərəliliyinin artırılması, debitor borcların azaldılması və şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi anlayışının ana xəttidir.
Debitor borcların azaldılması ilə bağlı tədbirlər, “Azərişıq” ASC-nin aidiyyəti qurumlarının gündəlik işlərini formalaşdıran başlıca istiqamətdir. Sms-smart sayğacların quraşdırılması və görüləcək işlərin sürətləndirilməsi bu qəbildən görülən tədbirlər sırasına aiddir. Belə sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Abonentlərə bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır və eyni zamanda enerji itkilərinin azaldılmasına müsbət təsir göstərir.
Növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, quraşdırılan sayğaclar arasında rəqəmsal – smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların yığılması istiqamətində Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır.
Smart sayğacların üstünlükləri barədə Cəmiyyət tərəfindən istehlakçılar arasında davamlı olaraq maarifləndirmə işləri aparılır.
Digər xəbərlər
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026