İsmayıllı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq "Qəbələ-1" hava xəttində sentyabrın 2-də gücləndirmə işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək rayonun Buynuz, İstisu, Qalacıq, Sumağallı, Topçu kəndlərində, eləcə də bir sıra sahibkarlıq obyektlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Yasamal və Nizami rayonlarının bu ərazilərində fasilə yaranacaq 22 İyul 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 07 Avqust 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026