Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması dövlət qurumlarının daim diqqət mərkəzindədir. Qeyd olunan tapşırığın icrasını təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi və əlçatanlığının təmin edilməsi üçün bütün xidmətlərin elektronlaşdırılması istiqamətində tədbirlər davamlı olaraq aparılır.
Abonentlər bu xidmətə elektron qaydada müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar https://e-gov.az/ portalı və ya https://e-service.azerishiq.az/ saytı üzərindən müraciətlərini rahatlıqla həyata keçirə bilərlər.
Yaradılan bu xidmət, enerji təchizatı şəbəkəsinə qoşulma prosesini daha da optimallaşdıraraq, həm fiziki şəxslər, həm də biznes subyektləri üçün vahid, şəffaf və effektiv platformanı təmin edir.
Elektronlaşmanın əsas üstünlükləri aşağıdakılardır:
• Sürətli və rahat müraciət: Vətəndaşlar olduqları ünvandan çıxmadan, internet üzərindən müraciət edə bilərlər. Bu, müraciət prosesini xeyli sürətləndirir və asanlaşdırır.
• Məlumatlılıq: Elektron sistem vasitəsilə müraciətin statusunu izləmək və lazım olan məlumatları asanlıqla əldə etmək mümkünlüyü.
• Şəffaflıq və effektivlik: Elektron sistem müraciətlərin şəffaf və obyektiv şəkildə emal edilməsini təmin edir, həmçinin insan faktorundan asılılığı azaldır.
• Məmur vətəndaş təmasının aradan qaldırılması
Enerji Təchizatı Şəbəkəsinə Qoşulma" xidmətinin elektronlaşdırılması ümumilikdə enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin optimallaşdırılmasına, abonentlər üçün şəffaf və vahid xidmətin təmin olunmasını şərtləndirir və bu sahədə müsbət irəliləyişləri təşviq edir.
“Azərişıq” ASC tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026