Elektrik təchizati şəbəkəsinə (ETŞ) qoşulmaları üzrə “Azərişıq" ASC tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılmasına, məmur-istehlakçı təmasının aradan qaldırılmasına yönəlməklə yanaşı, istehlakçıların müraciətlərinə qısa vaxt çərçivəsində baxılmasına imkan yaradır. Tətbiq edilən yeni elektron xidmətlər barədə istehlakçıların mütəmadi olaraq maarifləndirilməsi və məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.
Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə yeni qaydaların tətbiqi və elektron müraciət sistemində daxil olan ərizələrin sayının artırılması məqsədilə "Azərişıq" ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) daha da təkmilləşdirilmiş və əlçatanlıq təmin edilmiş, məmur-vətəndaş təması minimuma endirilmişdir. EMİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə inteqrasiya oluna bilməsidir. Eyni zamanda bu sistem “Azərişıq" ASC-nin daxili proseslərini avtomatlaşdırmaq, həmçinin müştəriyə göstərilən xidmətlərin keyfiyyətini artırmaq və operativ idarəetməni təmin etmək məqsədi daşıyır. İstehlakçı, Elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı, yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapır.
"Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahədə bir çox işlər görülmüş, ümumi proseslər sadələşdirilmişdir. Həmçinin "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" Fərmana əsasən, sahibkarlar elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin əhatə dairəsi daha da genişləndirilmişdir.
“Azərişıq" ASC tərəfindən həyata keçirilən işlərin ictimaiyyətə çatdırılması mütəmadi olaraq davam etdirilir.
Digər xəbərlər
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- Bakı, Salyan və Masallının bu ərazilərində fasilə yaranacaq 18 İyun 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026