Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 3-də paytaxtda və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ-nə daxil olan Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Dəhnə" hava xəttində təmir işləri icra olunacaq. Planlı fasilə saat 11:00-dan 12:30-dək rayonun Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, şəhər ərazisində isə Yeni Məşəd küçəsi, 47-ci məhəlləni əhatə edəcək.
Yevlax EŞ-yə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Müvəqqəti məhdudiyyətin yaranmasına səbəb rayon ərazisində 6 və 10 kV-luq elektrik xətlərində təmir işlərinin aparılmasıdır.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib 28 May 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Sentyabr 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026