20 oktyabr – Energetiklər Günü münasibətilə Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivlərinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Energetiklər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər düzülüb.
Ziyarət Şəhidlər xiyabanında davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. 1981-ci ilin bu günündə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib. Bu hadisə ölkənin energetika tarixində mühüm mərhələnin başlanğıcı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə 20 oktyabr tarixi Energetiklər Günü təsis edilib.
Digər xəbərlər
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının Qərb RETSİ üzrə regional turu təşkil olunub 22 Avqust 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 05 Avqust 2026