Cəmiyyətin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını əhatə edir.
Kommunikasiya üzrə əsas məqsədlər sahibkarlıq subyektlərinin Elektrik təchizatı şəbəkəsinə qoşulması ilə bağlı məlumatlılıq və məmnunluq səviyyəsinin artırılması yolu ilə Azərbaycan Respublikasında biznes mühitinin təkmilləşdirilməsi və onun beynəlxalq biznes reytinqlərində mövqeyinin irəli çəkilməsidir.
Cəmiyyətin kommunikasiya fəaliyyəti üzrə spesifik məqsədlər aşağıdakılardır:
ETŞ-yə qoşulma üzrə xidmətlərin elektronlaşması sayının artırılması;
ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin sayının əhəmiyyətli şəkildə artırılması;
ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və prosesin sadəliyi ilə bağlı onların məlumatlandırılması;
ETŞ-yə qoşulma üzrə müddətin azaldılması;
ETŞ-yə qoşulma prosesi zamanı sahibkarlarla fiziki ünsiyyətlərin minimuma endirilməsi və şəffaflığın artırılması;
Cəmiyyətin ümumi ictimaiyyətdə müsbət imicinin formalaşdırılması;
Aidiyyəti maraqlı tərəflərdən Cəmiyyətin fəaliyyəti ilə bağlı rəylərin toplanması və məmnunluq səviyyəsinin aydınlaşdırılması.
ETŞ-yə qoşulma ilə bağlı aidiyyəti maraqlı tərəflərin aydın şəkildə müəyyənləşdirilməsi və onların qruplaşdırılması;
Peşəkarlığın daha da artırılması və daha yüksək standartlara cavab verilməsi;
Digər xəbərlər
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026