Sayğac nədir ?
İstehsal olunmuş elektrik enerjisinin texniki uçotunu, eləcə də, elektrik enerjisinin müəyyən olunmuş normativlər daxilində səmərəli sərf edilməsinə nəzarəti və enerji haqq-hesabını aparan cihaza (hesablaşma uçot cihazı) elektrik sayğacı deyilir. Texnoloji proseslərin xarakterlərindən asılı olaraq elektrik enerjisi sərfiyyatının hesablaşmasını aparan elektrik sayğaclarının quraşdırılması normativ sənədlərin tələblərinə uyğun aparılmalıdır.
Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaları həyata keçirmək üçün istehlakçı lazımi uçot cihazları ilə “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələblərinə uyğun quraşdırılır.
Sayğac oxuma qaydası
İstifadə edilən elektrik enerjisi kilovat-saat (kVts) ilə ölçülür. 1 kVts =1000 vatts. 1 ədəd 100 vatt-lıq lampa 10 saat yanarsa, bu 1 kVts enerji istehlakına səbəb olacaqdır. Sayğacınız hər ay Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən oxunmaqdadır. Sayğacın ən son götürülən göstəricisi ilə, bir ay öncəki göstərici arasındakı fərq ay ərzində istifadə etdiyiniz elektrik enerjisinə bərabərdir.
Bildiriş-xəbərdalıq nədir ?
Enerji təchizatı şəbəkəsi tərəfindən təyin edilən hər hesabat dövrünün istehlakına görə əhali qrupu üzrə abonentlərə bildiriş verilərək, qeyd edilən məbləğin ödənişi göstərilir. Bu bildiriş-xəbərdarlıq elektrik enerjisinin haqqı vaxtında və tam ödənilmədiyi tədqirdə elektrik enerjisinin kəsiləcəyi halda birinci xəbardarlıqdır. İstehlakçı bildirişini aldığı tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş müddətdə məbləği ödəməlidir. Göstərilən müddətdə elektrik enerjisinin istehlak məbləği ödənilmədiyi tədqirdə Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin təchizatını dayandırmaq hüququna malikdir.
Digər xəbərlər
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026