“Azərişıq” ASC-nin fəaliyyətinin başlıca istiqaməti istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bu istiqamət Səhmdar Cəmiyyət üzrə təsdiq edilmiş Kommunikasiya Strategiyasında tədbirlərin başlıca prioritetini təşkil edir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin maliyyə mənbəyi elektrik enerjisinin satışından əldə etdiyi gəlirlər hesabına formalaşır. Bu səbəbdən Səhmdar Cəmiyyət tərəfindən Kommunikasiya Strategiyasının başlıca mesajlarının ictimaiyyətə çatdırılmasında bu məqsədlərin təbliği geniş yer tutur. Eyni zamanda aidiyyəti strukturlar vasitəsilə də maarifləndirmə tədbirləri istehlak olunan elektrik enerjisinin dəyərinin vaxtında və tam həcmdə ödənilməsi işinin təşkili və təşviqinə yönəlmişdir.
Səhmdar Cəmiyyət əldə etdiyi gəlirlər hesabına enerji istehsalçılarından topdan alınmış elektrik enerjisinin dəyərinin öhdəlik tələbləri çərçivəsində ödənilməsini təmin edir, yeni şəbəkələrin yaradılması və ya yenidən qurulması, paylayıcı qurğu və avadanlıqların saxlanılması, onlara texniki xidmətin vaxtında göstərilməsi, həmçinin işçi personalın əmək haqqı ödənişlərinin təmin edilməsinə yönəldilir.
Paylayıcı şəbəkənin səmərəli fəaliyyətinin nəticəsi olaraq istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur. Beləliklə, “Elektrik enerjisinin haqqının vaxtında və tam ödənilməsi sizin gələcək rahatlığınızın rəhnidir” mesajı öz mənasını tapmış olur.
İstehlak olunan elektrik enerjisinin haqqının vaxtında ödənilməsi, sizin məişətinizin rahatlığına münbit şərait yaratmaqla yanaşı, təchizatçı şəbəkənin dayanıqlı, səmərəli fəaliyyətinə müsbət töhfəsini vermiş olacaqdır.
Digər xəbərlər
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026
- “Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir 26 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026