Yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir və yenidənqurma işləri həyata keçiriləcək. Saat 10:30-dan 12:30-dək Maştağa qəsəbəsi, Savalan yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Yasamal və Nizami rayonlarının bu ərazilərində fasilə yaranacaq 22 İyul 2026