Debitor borcların yığılması istiqamətində həyata keçirilən tədbirlər sırasında istehlak olunmuş elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı normativ sənədlərin müddəalarının tələblərinin abonentlərə çatdırılması işinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu işlərin təşkili sırasına borcu olan abonentlərlə fərdi işin aparılması mühüm əhəmiyyətə malikdir.
Debitor borcu olan abonentlər arasında maarifləndirmə və təbliğat tədbirlərinin aparılması ilk növbədə istehlak olunan elektrik enerjisi haqqının vaxtında və tam ödənilməsinin nəyə görə vacib olması məsələsini istehlakçının diqqətinə çatdırmaqdır.
Həmçinin, abonentlərə yazılı bildirişlərin təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yazılı bildirişin verilməsində məqsəd, yaranmış borcların qısa müddət ərzində ödənilməsinə istiqamətlənməklə yanaşı, borcların ödənilməməsinin qanunla hansı nəticələrə gətirib çıxaracağını müvafiq qaydaların müddəaları vasitəsi ilə izahından ibarətdir.
Elektrik enerjisi verilişinin məhdudlaşdırılması və ya dayandırılmasında öz öhdəliklərini tam yerinə yetirən çoxmənzilli binanın digər sakinlərinin hüquq və mənafelərinin pozulmamasına səy göstərilməlidir.
Borclu abunəçilərlə işin təşkilində bu sahənin avtomatlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə görülən əsas tədbirlər aşağıdakılardır:
• Ödənişlərin gecikdirilməsinin səbəblərinin müəyyənləşdirilməsi, borclu abunəçilərin müxtəlif meyarlara görə qruplaşdırılması və hər qrup üçün fərqli fəaliyyət planının seçilməsi.
• Ödənişlərin izlənməsi.
• Borclu abunəçilərlə işləyərkən fəaliyyət ardıcıllığının qurulması.
• Borclu abunəçilər və bununla bağlı görülən işlər üzrə yekun hesabatların hazırlanması.
Bu tədbirlər debitor borcların yığılmasına müsbət təsir göstərən mühüm amillərdir. Mühüm addımlardan biri də şəbəkələrdə bu istiqamətdə həyata keçirilən tədbirlərin istehlakçılara vaxtında çatdırılmasıdır.
Digər xəbərlər
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026