Elektrik enerjisinin istehlakı zamanı yaranan itkilər dedikdə şəbəkədə ölçmə və uçot sistemlərində baş verən kənar müdaxilələr nəzərdə tutulur. İtkilərinin aradan qaldırılması üçün ilk növbədə onları yaradan səbəblər müəyyən edilir. Belə ki, bəzi hallarda istehlakçılar sayğaclara qeyri-qanuni müdaxilələr edərək enerji sərfiyyatını az göstərməyə çalışırlar. Buna misal olaraq, elektrik xəttinə elektrik enerjisi sayğacından kənar birbaşa qoşularaq istifadə, sayğaclara elektron və ya maqnetik müdaxilə kimi halları göstərmək olar.
İtkiləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, qarşısının alınması üçün Səhmdar Cəmiyyət tərəfindən müntəzəm olaraq aşağıdakı tədbirlər görülür:
•Smart sayğacların quraşdırılması – müasir texnologiyadan istifadə etməklə enerji sərfiyyatının dəqiq və uzaqdan izlənilməsi.
•Müntəzəm yoxlamalar və auditlər – qanunsuz qoşulmaları aşkar etmək üçün mütəmadi monitorinq aparılması.
•Hüquqi müstəvidə tədbirlərin gücləndirilməsi – elektrik enerjisinin qanunsuz istifadəsi ilə bağlı normativ hüquqi sənədlərin təkmilləşdirilməsi üzrə işlərin aparılması və ciddi nəzarət mexanizmlərinin yaradılması.
•İctimai maarifləndirmə və təbliğat – istehlakçılarla elektrik enerjisindən düzgün istifadəsinə dair maarifləndirmə işlərinin aparılması və qanunsuz istifadənin zərərləri barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi.
İtkilərinin azaldılması enerji sektorunda maliyyə dayanıqlığını, rentabelliyi artırır və enerjinin daha səmərəli paylanmasına təminat yaradır.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 16 Avqust 2026