“Azərişıq” ASC tərəfindən istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması ilə bağlı həyata keçirdiyi tədbirlərin ictimaiyyətə çatdırılması onun kommunikasiya strategiyasının əsasını təşkil edir. Bununla əlaqədar olaraq, "Azərişıq” ASC tərəfindən kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı ardıcıl olaraq məlumatlar hazırlanaraq ictimaiyyətin diqqətinə təqdim edilir. Bu məlumatlar özündə "Azərişıq” ASC-nin tətbiq etdiyi yeniliklərin vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəldiyini ehtiva edir.
“Azərişıq” ASC-nin apardığı ardıcıl məlumatlandırma tədbirləri sırasında istehlak olunan elektrik enerjisinin dəyərinin vaxtında və tam ödənilməsi ilə bağlı Cəmiyyətin həyata keçirdiyi tədbirlərin ictimaiyyətə çatdırılması ümdə əhəmiyyət kəsb edir.
Bu istiqamətdə görülən işlərdən biri də elektrik enerjisi istehlakına dair borc barədə arayışın elektron şəkildə əldə olunmasıdır. Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə Elektron Hökumət Portalı vasitəsilə abonent olduğu yeri tərk etmədən elektrik enerjisi istehlakı ilə bağlı borcu barədə məlumatların elektron arayış şəklində əldə etməsinə yönəldilir.
“Azərişıq” ASC-nin tətbiq etdiyi borc sorğusu xidməti elektrik enerjisi istehlakı və ödənişləri ilə bağlı məlumat əldə etmək istəyənlər üçün mühüm əhəmiyyət kəsb edir. Bu xidmət elektrik enerjisi borclarını asanlıqla öyrənməyə və ödənişlərini sərfəli şəkildə həyata keçirməyə köməklik göstərir. Elektrik enerjisi borcunun yoxlanılması prosesi onlayn platformalar vasitəsilə və ya müştəri xidmətləri mərkəzlərinin dəstəyi ilə həyata keçirilir. Bunula da abonentlər ödəniş tarixlərini və keçmiş elektrik enerjisi borclarını yoxlayaraq, elektrik enerjisi istehlakını balanslaşdıra bilərlər.
“Azərişıq” ASC-nin “Azerishiq.az” saytında qeydiyyatdan keçərək müvafiq tələbləri icra etdikdən sonra borc barədə məlumatları əldə etmək mümkündür. Həmçinin, “Azərişıq” mobil tətbiqindən istifadə etməklə istehlakçılar borc barədə məlumat əldə etməklə yanaşı, ödənişləri də həyata keçirə bilərlər.
“Azərişıq” ASC-nin debitor borcların yığılması istiqamətində tədbirləri barədə vətəndaşların maarifləndirilməsi ardıcıl xarakter daşıyır.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026