"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş elektroenergetika sahəsində "Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışlarına start verilib.
Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində keçirilən açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı, dərin irsi, Azərbaycanın energetika sektoruna göstərdiyi diqqət və qayğısı haqqında videoçarx təqdim olunub.
Rəsmi hissədən sonra yarışlara start verilib. İntelektual yarışda ümumilikdə 13 komanda - “Qız qalası”, “Şirvanşahlar”, “Odlar yurdu”, “Naxçıvan”, “Qarabağ”, “Aran”, “Şimal-qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Cənub” komandaları peşə bilik və bacarıqlarını sınayıblar. İştirakçı komandalara ümumilikdə 50 sual ünvanlanıb. Cavablar təcrübəli energetiklərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İlk günün yekunlarına əsasən "Aran" komandası birinci, "Şimal-qərb" ikinci, "Odlar yurdu" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.
Digər xəbərlər
- Yasamal və Nizami rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyun 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 08 İyun 2026