“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın növbəti regional turu Sumqayıtda təşkil edilib.
Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) reallaşan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək yarışların əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları” mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirir. Eləcə də onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Sumqayıt RETSİ üzrə 4 komanda – “Sumqayıt Elektrik Şəbəkəsi (EŞ)”, “Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ)”, “Qobustan EŞ” və “Xızı EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 suala cavab tapmağa çalışıblar.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Komandaların hər iki mərhələdə topladıqları balların nəticələrinə əsasən Sumqayıt RETSİ üzrə keçirilən regional turun qalibi "Bağlar ETSİ" olub. Beləliklə, komanda “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026