Vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 2026-cı il sentyabrın 18-də Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin inzibati binasında Ağdam, Füzuli və Xocavənddə yaşayan vətəndaşlarla görüşüb.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Adı çəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026