Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərişıq” ASC regionlarda maarifləndirici tədbirləri davam etdirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur. Bu məqsədlə oktyabrın 17-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
“Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026