“Azərişıq” ASC regionlarda əsaslı təmir-bərpa, yenidənqurma, eləcə də maarifləndirmə işlərini davam etdirir. Bununla yanaşı Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq regionlarda yerli sakinlərlə görüşlər də keçirilir. Silsilə tədbirlərin davamı olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 29-da Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Qazax rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionlarda həyata keçirilən yenidənqurma işlərinə, həmçinin, bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən həyata keçirilən silsilə tədbirlər vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 26 Avqust 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2026-cı ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 10 Aprel 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 05 May 2026