"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümü ilə əlaqədar qurumun əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Səhmdar Cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, "Azərişıq" ASC Cənab Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Digər xəbərlər
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026