Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb. Bununla belə təmas xəttində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
“Azərişıq” ASC cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunub. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.
Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” ASC sədri Vüqar Əhmədovun əmri ilə Xüsusi Qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırır.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Onu da qeyd edək ki, ordu sıralarına indiyədək “Azərişıq”ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq qoşulub.
Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026