Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad olunmuş regionlarımızda yenidənqurma işlərini davam etdirir.
Yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib. Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər elektrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2021-ci il tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə yeni şəbəkələr qurulub. Yüksək dağlıq ərazidə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.
26 iyun 2022-ci ildə cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.
Digər xəbərlər
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 15 İyun 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verilib 08 Avqust 2026