Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma işləri bütün regionlarda olduğu kimi, işğaldan azad olunan Kəlbəcər rayonunda da davam etdirilir.
Ərazisinə görə Azərbaycanın ən böyük və ən yüksəkdə yerləşən Kəlbəcər rayonunda sovet dövründən qalma köhnə xəttlər yenisi ilə əvəzlənir. Bundan əlavə Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yerləşən ərazilərdə də artıq Azərbaycan işığı yanır. Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.
Cənab Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcər rayonunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühim rol oynayacaq.
Əsas məqsəd işğaldan azad olunan rayonlarımıza qayıdan sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 03 İyul 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026