“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “General Group Co.” MMC-nin beynəlxalq təcrübəyə malik təlimçisi tərəfindən əməkdaşlara ISO standartları (ISO 9001, ISO 14001, ISO 10002) çərçivəsində “Risklərin İdarə Edilməsi” ilə bağlı uğurlu təlimlər keçirilmişdir.
ISO sertifikatı idarəetmə sisteminin, istehsal prosesinin, xidmətin və ya sənədləşdirmə prosedurunun bütün standartlaşdırma və keyfiyyət təminatı tələblərinə cavab verdiyini təsdiq edir. ISO məhsulların, xidmətlərin və sistemlərin keyfiyyətini, təhlükəsizliyini və effektivliyini təmin etmək üçün standartlar işləyib hazırlayan müstəqil beynəlxalq təşkilatdır.
ISO 9001 - Keyfiyyət İdarəetmə Sistemi: Məhsul və xidmətlərin keyfiyyətini daim nəzarətdə saxlamaq və təkmilləşdirmək məqsədilə tətbiq olunur.
ISO 14001 - Ətraf Mühitin İdarə Edilməsi Sistemi: Ətraf mühitə göstərilmiş təsirləri minimuma endirmək və davamlı inkişaf üçün tətbiq olunur.
ISO 10002 - Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi: Müştəri şikayətlərini effektiv şəkildə idarə etmək və məmnuniyyət səviyyəsini artırmaq üçün tətbiq olunur.
Digər xəbərlər
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026