Elektrik enerjisi itkilərinin azaldılması enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə, Səhmdar Cəmiyyət tərəfindən Respublikanın rayon və kəndlərində mütəmadi olaraq yeni texnologiyalardan geniş istifadə olunaraq yenidənqurma işləri aparılır. Belə ki, açıq naqilli hava xətlərinin ÖİN (özünüdaşıyan izolyasiyalı naqil) xətlərlə əvəz olunması, müasir tipli rele mühafizəsi, avtomatika, SCADA dispetçer idarəetmə sistemlərinin tətbiqi, yeni güc mərkəzlərinin yaradılması, məsafəsi, habelə itkiləri çox olan hava elektrik veriliş xətlərinin yenidən qurulması kimi tədbirlər həyata keçirilir. Həmçinin, hava xətlərində kompozit dayaqların quraşdırılması, rəqəmsal yarımstansiyalarının tikintisi və sair texniki tədbirlər geniş şəkildə elektrik şəbəkələrində icra olunur.
Eyni zamanda Səhmdar Cəmiyyət tərəfindən uçot dəstləri yeni müasir smart sayğaclarla əvəz olunur. Belə ki, bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların, eləcə də kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Qeyd edək ki , bu istiqamətdə görülən işlərin nəticəsidir ki, itirilmiş enerji həcmi əvvəlki illərlə müqayisədə daha da azalır. Səhmdar Cəmiyyət tərəfindən bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilir.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 09 Avqust 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 26 Avqust 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşüb 01 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 07 Avqust 2026