Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC regionların elektrik təsərrüfatının yenilənməsi işlərini Ağdaş və Göyçay rayonlarında da davam etdirir.
Ağdaş şəhərində 0.4 və 10 kV-luq dayaqlar yenilənir. 10 kV-luq müasir ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel hava xətti çəkilir. 6 yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması da layihəyə daxildir. Eyni zamanda rayonun Mürsəl kəndində 0.4 və 10 kV-luq şəbəkələrinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Kənddə əlavə 2 yeni güc mərkəzi yaradılacaq. Aşağı Zeynəddin və Yeniarx kəndlərində isə işlər başa çatıb. Adı çəkilən kəndlərdə köhnə dayaqlar və elektrik xətləri yeniləri ilə əvəzlənib.
Göyçayda da 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. 2-ci, 3-cü şəhər hava xətlərindən qidalanan küçə və prospektlərdə metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin sayğac qutuları yenilənir. Şəhər ərazisində 10 yeni güc mərkəzinin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 Avqust 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026