44 günlük vətən müharibəsi zamanı azad olunan rayonlarımız arasında coğrafi quruluşuna görə ən çətin relyefə malik olanı Kəlbəcərdir. Ali baş komandan İlham Əliyevin düzgün siyasətinin nəticəsi olaraq Azərbaycan ordusu Kəlbəcərə döyüşsüz daxil oldu. 10 noyabr - üçtərəfli bəyannaməyə əsasən Ermənistan noyabrın 25-də Kəlbəcəri təhvil verdi.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərinə start verdi. 18 iyul 2020-ci il tarixində Kəkbəcər şəhəri elektrik enerjisi ilə təmin edildi. İlkin mərhələdə rayon ərazisindəki hərbi hissələr, xüsusi dövlət əhəmiyyətli obyektlərə işıq verildi.
Kəlbəcər elektrik enerjisində mənbə kimi Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik veriliş xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində çox sayda KTM quraşdırılıb.
2022-ci il 26 iyun tarixində Cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlama işləri görülür. Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.
Eyni zamanda İstisu ərazisində “İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb. Görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Xüsusən bildirək ki, Alagöllər ərazisini çətin relyef, yüksəlik və keçilməz yollar səbəbi ilə Sovet hökuməti belə zamanında elektrik enerjisi ilə təmin edə bilməyib. Bu gün adı çəkilən ərazilərdə Azərbaycan işığı yanır.
Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izoliyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir.
Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.
Dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC Kəlbəcərdə bu gün də işləri davam etdirir.
Digər xəbərlər
- “Azərişiq” ASC –də elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirilir. 27 Mart 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024
- Enerji təchizatı şəbəkəsinə (ETŞ-yə) qoşulma ilə bağlı tez-tez verilən suallar. 18 Sentyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib. 30 Avqust 2024