Dekabrın 22-də Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, yığıncağın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov hesabat məruzəsi ilə çıxış edərək son illərdəki fəaliyyət barədə məlumat verib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov səsvermə nəticəsində Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.
Yığıncaqda, həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə idarə heyətinə üzv seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov çıxış edərək, göstərilən etimada görə təşəkkürünü bildirib. V.Əhmədov qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insanların sağlamlığının təmin olunmasında xüsusi rol oynayır. Federasiya prezidenti Azərbaycanda avarçəkmə idmanının inkişaf etdirilməsi üçün səylə çalışacaqlarını bildirib.
Digər xəbərlər
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilələr yaranacaq 16 İyul 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026