Sentyabrın 5-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Gecə saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsində yerləşən Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələri, "Qurtuluş", "Baxçalı şəhər", "Rahat nəfəs" yaşayış kompleksləri, "Zəngilan" şəhərciyinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026
- İstehlak olunan elektrik enerjisi üzrə yaranmış debitor borcların ödənilməsi istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına müsbət təsir edir 07 Oktyabr 2026
- Paytaxtın bu ərazilərində fasilələr yaranacaq 16 İyul 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 9-cu finalçısı müəyyənləşib 25 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026