Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 12-də yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 00:00-dan 05:00-dək Bakı-Sumqayıt şossesi, Xırdalan şəhəri Heydər Əliyev prospekti, Nizami Gəncəvi küçəsi, Kənd Xırdalan ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 05 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026