
110 kilovoltluq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-də saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, həmçinin Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci kilometrində Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kilovoltluq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) balansında olan 6 kilovoltluq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində avqustun 7-də saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
Digər xəbərlər
- “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edilir. 04 Fevral 2022
- "Azərişıq" ASC-Nin Sədri Mingəçevir Və Yevlaxda Vətəndaşları Qəbul Edəcək 07 Mart 2022
- "Azərişıq" ASC-nin sədri Gəncə şəhərində vətəndaşları qəbul edəcək 07 Aprel 2022
- Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub. 19 Aprel 2022
- “Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 18 Mart 2022